Sifarişin hesablanması
0məhsul

Məhsul çeşidləri

NişanlarMəhsulları göstərNişanlar
Medal və mükafatlarMəhsulları göstərMedal və mükafatlar
SikkələrMəhsulları göstərSikkələr
ŞildlərMəhsulları göstərŞildlər
BreloklarMəhsulları göstərBreloklar
BeyclərMəhsulları göstərBeyclər
Suvenir maqnitləriMəhsulları göstərSuvenir maqnitləri
DiplomlarMəhsulları göstərDiplomlar
Taxma düymə və sıxaclarMəhsulları göstərTaxma düymə və sıxaclar
PrizlərMəhsulları göstərPrizlər
BijuteriyaMəhsulları göstərBijuteriya
QablaşdırmaMəhsulları göstərQablaşdırma

 

MATRİS kompaniyası – Sizin seçiminizdir!


 

MATRİS kompaniyası istehsal fəaliyyəti ərzində öz müştərilərinin ideya və arzularını həyata keçirərək, əzmli addımlarla suvenir-reklam məhsullarının istehsalı üzrə dünya bazarına çıxmışdır. Korporativ suvenir və biznes-hədiyyələr mədəniyyəti hal-hazırda böyük templə inkişaf edir. Suvenirlər ticarət markasını bazara çıxarmağa və irəli çəkməyə, kompaniyanın orijinal üslubunu təsdiq etməyə və reklam olmağa başlamışdır.

 

Bununla yanaşı, suvenir-reklam məhsulu müxtəlif prezentasiya və tədbirlərin ayrılmaz hissəsinə çevrilmişdir. Bu tədbirlərdə mütləq qaydada fərqlənənlərə, yubilyarlara mükafat və hədiyyələr təqdim olunur. Bu gün yalnız üslublu və eksklüziv deyil, həmçinin praktik suvenirlər də seçmək olar. Bu amil müasir həyat ritmində böyük əhəmiyyət kəsb edir.

Брелок Chelton

 

MATRİS kompaniyası bu ritmi nəzərə alaraq, qısa müddət ərzində öz istehsalına müasir texnologiya və unikal avadanlıq daxil etmiş, yüksək ixtisas potensialına malik böyük kollektiv yaratmış və birləşdirmişdir. Bu gün kompaniyamız tərəfindən istehsal olunan suvenir-reklam məhsulları ölkə və xaricdə elan edilən bir çox tenderlərdəki qalibiyyətin rəhni olmuşdur. Biz uğurlarımızla fəxr edirik və işimizdə çox səy göstərərək, müştəri-dostlarımızın məmnunluğuna nail oluruq. Bu mövqe artıq MATRİS kompaniyasının şüarına çevrilmişdir.

zx

Kompaniyamız suvenir-reklam məhsullarının geniş çeşidlərini istehsal edir. Bunlara təyinat, dizayn və forma üzrə müxtəlif nişan, medal, orden, sikkə, beyc, şild, diplom, priz, brelok, taxma düymə, sıxac, bijuteriya aiddir. Bu məmulatlar təntənəli prezentlər, korporativ və idman mükafatları, atributlar və retro-kolleksiyalar qismində istifadə olunur.

 

MATRİS kompaniyası istehsal olunan məhsulların yüksək keyfiyyətinə, təkrarolunmazlığına və orijinallığına zəmanət verərək, suvenir-reklam məhsullarının geniş çeşidlərini münasib qiymətlərlə təklif edir.

 

Siz MATRİS kompaniyasını seçirsiniz, biz isə, əlbəttə, Sizi!